18 sentyabr
Polşa Prezidenti: Polşa nüvə silahlarının yerləşdirilməsində iştirak etməlidir

Polşa Prezidenti Karol Navroçki Fransa televiziyası LCI-yə müsahibəsində ölkəsinin nüvə paylaşımı (“nuclear sharing”) proqramında yer almalı olduğunu söyləyib və müttəfiqlərin nüvə silahlarının Polşada yerləşdirilməsinə açıq olduğunu bildirib.
Təhlil.az xəbər verir ki, Navroçki həmçinin, Polşanın özünün enerji və hərbi nüvə sahəsində nüvə imkanlarına malik olması zəruriliyindən danışıb. O qeyd edib ki, bu mövzu barədə danışmaq üçün hələ erkən ola bilər, amma Polşanın təhlükəsizliyini təmin etmək üçün müttəfiqlərin nüvə dəstəyinə çıxışının vacib olduğunu hesab edir.
01 noyabr
01 noyabr