18 sentyabr

Serj Sarkisyanı yeni həbslər gözləyir

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə həbs təhlükəsi ilə üz-üzə qalıb.

Təhlil.az xəbər verir ki, yerli məhkəmələr ona qarşı 4 ayrı cinayət işi üzrə istintaq aparılmasını tələb edib.

İttihamların əsas istiqamətləri belədir:

“Dizel işi” – 500 milyon dramın talanması ilə bağlıdır.

Çirkli pulların yuyulması – xüsusilə külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlıdır.

Silva Ambartsumyan işi – tanınmış iş qadınından rüşvət alınması ilə əlaqədar məhkəmə araşdırılır.

Qanunsuz sahibkarlıq və korrupsiya – rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları da gündəmdədir.

Hazırda bütün işlər üzrə məhkəmə araşdırmaları davam edir və yaxın vaxtlarda proseslərin gedişi Sarkisyanın siyasi gələcəyini müəyyən edə bilər.