"Zoom" istifadəçilərin yerinə danışan avatarları təqdim edir

"Zoom" yaxın zamanda onlayn görüşlər üçün yeni funksiyanı istifadəyə verəcək.
Təhlil.az xəbər verir ki, artıq istifadəçilər iclaslarda kamera açmadan iştirak edə biləcəklər – onların əvəzinə süni intellektlə işləyən avatarlar danışacaq.
Yeni imkan sayəsində hər kəs öz avatarını tətbiqdə foto yükləməklə və ya birbaşa şəkil çəkərək yarada biləcək. Avatarlar istifadəçinin səsini, nitqini və hərəkətlərini imitasiya edərək, real iştirak effekti yaradacaq.
Şirkət həmçinin təhlükəsizlik məsələlərinə diqqət yetirib. İclas zamanı avatar aktiv olduqda xüsusi xəbərdarlıq sistemi işə düşəcək, həmçinin şəxsiyyətin kameradan yoxlanılması mümkün olacaq.
Mütəxəssislər hesab edirlər ki, bu yenilik onlayn görüşlərin daha rahat və interaktiv keçirilməsinə şərait yaradacaq.