Bu gün
Türkiyənin ticarət naziri: “Zəngəzur dəhlizi Orta Dəhlizi canlandıracaq”

Türkiyənin ticarət naziri Ömər Bolat Ankarada keçirilən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) qala gecəsində çıxışı zamanı Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunub.
Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, dəhlizin açılması ilə Uzaq Şərqdən Avropaya uzanan Orta Dəhliz canlanacaq və tranzit ticarət sürətlə artacaq:
“Türkiyə Azərbaycanla iqtisadi inteqrasiyanı – tam bütövlüyü hədəfləyir. Azərbaycan strateji keçid nöqtəsidir – Mərkəzi Asiyaya, Uzaq Şərqə açılarkən əsas körpümüzdür. Qarabağın azad edilməsindən sonra bölgədə böyük investisiya və yenidənqurma işləri gedir”.
Ömər Bolat əlavə edib ki, yaxın zamanda Türk dünyasının həm coğrafi, həm də iqtisadi baxımdan bütövləşməsi reallığa çevriləcək.
Dünən