Bu gün
Trampın təyyarəsi sərnişin təyyarəsi ilə toqquşmaq təhlükəsi ilə üzləşib

Trampın təyyarəsi Nyu-York səmasında təhlükəli an yaşadıb
ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri zamanı onun təyyarəsi Nyu-York üzərində uçarkən təhlükəli vəziyyət yaranıb.
Təhlil.az xəbər verir ki, məlumata əsasən, prezidentin təyyarəsi sərnişin təyyarəsinə həddindən artıq yaxınlaşıb.
Hadisəni vaxtında müşahidə edən aviadispetçer sərnişin təyyarəsinin ekipajına kursunu dəyişməyi əmr edib və bununla mümkün toqquşmanın qarşısı alınıb.
Qeyd edək ki, Donald Tramp sentyabrın 16-da Böyük Britaniyaya rəsmi səfərə yola düşüb.
Dünən
Dünən