Bu gün

Paşinyan: “Azərbaycanla sülhün institutlaşdırılması istiqamətində işləməyə sadiq qalacağam”

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün daha da institutlaşdırılması istiqamətində işləməyə sadiqliyini təsdiqləyib.

Təhlil.az xəbər verir ki, Paşinyan bu barədə ABŞ Prezidenti Donald Trampın 8 avqustda Vaşinqtonda keçirilmiş görüşlə bağlı paylaşımını şərh edərkən “X” sosial şəbəkəsində yazıb.

“Bir daha Donald Trampa Azərbaycanla bu tarixi sazişin bağlanmasında vasitəçiliyinə görə təşəkkürümü bildirirəm – buna əvvəllər heç kim nail olmamışdı. Sülhün daha da institutlaşdırılması və TRIPP-in (Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən 42 kilometrlik hissəsi – red.) həyata keçirilməsi üçün işə sadiq qaldığımı təsdiqləyirəm”, – deyə Paşinyan qeyd edib.

 

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?