Bu gün
AK Gürcüstana qarşı sanksiyalar tətbiq edə və vizasız rejimi dayandıra bilər

Avropa Komissiyası Gürcüstana qarşı sanksiyaların tətbiqi, eləcə də bu ölkə ilə vizasız rejimin ləğvi imkanlarını öyrənir. Təhlil.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Anita Hipper brifinqdə bildirib.
“Apardığımız müzakirələr zamanı sanksiyalardan tutmuş vizasız rejimin dayandırılmasına və digər tədbirlərə kimi başqa variantlar da nəzərdən keçirildi. Eyni zamanda, artıq qeyd edildiyi kimi, biz siyasi əlaqələrimizin səviyyəsini tamamilə aşağı salmışıq, Gürcüstan hakimiyyətinə maliyyə yardımını dayandırmışıq və vətəndaş cəmiyyətinə dəstəyimizi artırmışıq”, - deyə Avropa rəsmisi qeyd edib.
Bu gün
Bu gün
Bu gün