Almaniya və Britaniya öz vətəndaşlarını İranı tərk etməyə çağırıb

Almaniya və Britaniya İranla bağlı səyahət xəbərdarlıqlarını gücləndirərək, öz vətəndaşlarını bu ölkəyə səfər etməməyə və orada olanları isə İranı dərhal tərk etməyə çağırıb.
Təhlil.az xəbər verir ki, dünən Almaniya Xarici İşlər Nazirliyi açıqlamasında Avropanın “tətik mexanizmi”ni işə salmaq qərarı fonunda bütün alman vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.
Alman vətəndaşlarına uçuşların ləğvi riskini nəzərə alaraq, ölkəni tez bir zamanda tərk etmələri və XİN-nin xüsusi siyahısında qeydiyyatdan keçmələri tövsiyə edilib.
Eyni gün Britaniya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlığını yeniləyib. Nazirlik bildirib ki, Britaniya və ya Britaniya-İran ikili vətəndaşları İranda həbs riski ilə üzləşə bilərlər.