Aİ Rusiyaya qarşı yeni sanksiyaları təxirə saldı

Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təqdimatını təxirə salıb. Təhlil.az xəbər verir ki, buna səbəb ABŞ Prezidenti Donald Trampın şərtləridir – o, Avropadan daha sərt addımlar tələb edir və yalnız bundan sonra Vaşinqtonun da sanksiyalara qoşulacağını bildirib.
“Bloomberg”ə görə, Tramp G7 ölkələrinə təzyiq edərək Çin və Hindistandan Rusiya neftinin idxalına 100% rüsum tətbiq olunmasını, Vladimir Putini danışıqlara məcbur etmək üçün əlavə tədbirlər görülməsini istəyib.
Aİ Komissiyası sanksiyaları sentyabrın 17-də təqdim etməyi planlaşdırırdı, lakin proses ən azı 2 həftəlik təxirə salınıb.
Qeyd edək ki, Tramp hələlik Rusiyaya qarşı birbaşa sanksiya tətbiq etməyib, amma NATO ölkələri neft alışı və sanksiyalarda birləşsə, ABŞ də “çox ciddi tədbirlər”ə hazır olduğunu bəyan edib.