Bu gün

Süni intellekt heç vaxt bu peşəni əvəz edə bilməyəcək

Alimlərin fikrincə, süni intellektin sürətli inkişafı dövründə də tarixçilərin rolu yalnız artır. Səbəb heç bir alqoritmin keçmiş hadisələrin emosional və mənəvi dərinliyini tuta bilməməsidir. Təhlil.az xəbər verir ki, bunu Kornel Universitetinin nasist Almaniyasının tarixi üzrə mütəxəssisi Yan Burzlaf deyib. Elmi məqalə “Rethinking History” jurnalında dərc olunub. Araşdırmada tədqiqatçı “ChatGPT”nin 1995-ci ildə La Paz, Krakov və Konnektikutda qeydə alınmış Holokostdan sağ çıxanların ifadələrini necə və hansı formada çatdırdığını təhlil edib. Məlum olub ki,süni intellekt vacib detalları qaçırır. Beləliklə, yeddi yaşlı Luiza D.-nin anasının ölməkdə olan uşağın qan damcılarından "ən azı bir damla nəm" ala bilməsi üçün barmağını necə kəsdiyinə dair ifadəsində “ChatGPT” bu epizoda məhəl qoymayıb.“Əgər süni intellekt müasir tarixdə insan iztirablarının həddini, səhnələri çatdıra bilmirsə, daha “incə” süjetləri də təhrif edəcək. Tarixçilər ona görə lazımdır ki, onlar dinləyib şərhedə bilirlər. AI yalnız ümumiləşdirə bilər”, - deyə alim qeyd edib.

Tədqiqatçı bildirib ki, “ChatGPT” kimi sistemlər gözlənilməz perspektivlər təklif edə bilər, lakin onlar eyni zamanda tarixi sadələşdirməyə meyllidirlər. Holokost kimi faciələri aydın, xətti povestə endirmək mümkün deyil.

SORĞU

Hava limanında taksi seçimləri

Hava limanında tətbiqlər vasitəsilə taksi sifariş etmək imkanı sizin üçün nə dərəcədə vacibdir?