11 aprel
“Embawood” qəza görüntülərini montaj edərək özünü reklam etdi - FOTO

“Embawood” şirkəti ötən gün Bakıda baş verən qəzadan özünə reklam qazanmağa çalışıb.
Təhlil.az xəbər verir ki, mebel satışı ilə məşğul olan şirkət qəza zamanı qeydə alınan görüntüləri montaj edərək sosial şəbəkələrdə “Belə sürətlə, həm də təhlükəsiz - sifarişini ən qısa zamanda qapınızda!” başlığı ilə paylaşıb.
Mebel şirkətinin bu paylaşımı etirazla qarşılanıb və ciddi şəkildə tənqid olunub.
Xatırladaq ki, ötən gün Bakıda Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində ağır yol qəzası baş verib. “BYD” markalı avtomobil sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.