Bu gün
Rubio: Tramp gələn həftə Zelenski ilə Nyu-Yorkda görüşə bilər

ABŞ prezidenti Donald Tramp gələn həftə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Vladimir Zelenski ilə görüşə bilər. Təhlil.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Təl-Əvivdən Dohaya uçmazdan əvvəl jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Prezident Trampın Zelenski ilə bir neçə zəngi və görüşü olub, o cümlədən gələn həftə Nyu-Yorkda onunla yenidən görüşəcək”, - Rubio bildirib.
Bu gün