Bu gün

Vladivostokda miqrantlara hücumdan sonra Özbəkistan Rusiyaya nota verdi

Vladivostok şəhərində özbək miqrantlara qarşı hücum olub.

Təhlil.az xəbər verir ki, Özbəkistanın Vladivostokdakı baş konsulu Yusup Kabuljanov bildirib ki, insidentdən sonra Rusiya hakimiyyətinə rəsmi nota təqdim olunub.

Onun sözlərinə görə, bir qrup gənc şəhərdə miqrantlara hücum edərək onları təhqir edib.

Hadisə ilə bağlı Özbəkistan vətəndaşlarının adından şəhər polis idarəsinə müraciət olunub. Eyni zamanda, Rusiya XİN-in Vladivostokdakı nümayəndəliyinə və Primorsk diyarı prokurorluğuna nota göndərilib.

Primorsk vilayəti hökuməti isə TASS-a açıqlamasında hadisə ilə bağlı bir neçə şübhəlinin saxlanıldığını təsdiqləyib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?