Bu gün
Tramp “The New York Times”a qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırdı

ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq böhtan iddiası qaldırıb.
Təhlil.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında məlumat verib.
O, “The New York Times”ı “solçu Demokrat Partiyasının ruporu” və “ölkənin ən pis qəzetlərindən biri” adlandırıb.
Prezidentin sözlərinə görə, iddia Floridada qaldırılıb və qəzet ona, həmçinin ailəsinə qarşı böhtan atmaqda ittiham olunur.
Tramp əlavə edib ki, nəşr 2024-cü il prezident seçkilərində onun rəqibi, o vaxtkı vitse-prezident Kamala Harrisə açıq dəstəyini göstərib.