Zelenski: “Putin Trampı aldadaraq sanksiyalardan yayınmağa çalışır”

Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində Alyaska sammiti və Rusiyaya qarşı sanksiyalarla bağlı mühüm açıqlamalar verib.
Təhlil.az xəbər verir ki, Zelenski bildirib ki, Alyaska sammiti Putinə ciddi üstünlüklər qazandırıb.
Onun sözlərinə görə, əgər görüş üçtərəfli – Ukraynanın iştirakı ilə keçirilsəydi, nəticələr tamamilə başqa cür ola bilərdi.
Prezident qeyd edib ki, Rusiya lideri Donald Trampı aldadaraq yeni sanksiyaların tətbiqini ləngitməyə çalışır: “Əgər onların tətbiqi geciksə, ruslar daha yaxşı hazırlaşacaq”.
Ukrayna lideri hesab edir ki, sammit Putinə siyasi təcriddən çıxmaq imkanı verdi. Tramp ilə fotolar və açıq dialoq Kremlin digər beynəlxalq görüşlərə yolunu aça bilər. Zelenski vurğulayıb: “Putin müharibəyə görə cavab verməlidir. Ona boşluq vermək olmaz, əks halda dayanmayacaq”.
Prezident əlavə edib ki, sanksiyalar kifayət etmir, çünki Putin yalnız “güc dilini” anlayır. Bu səbəbdən ABŞ və Avropa ölkələrinə müraciət edərək Rusiyaya qarşı təzyiqi daha çox və daha sürətli artırmağa çağırıb.