Bu gün
Lüksemburq Fələstini rəsmi olaraq tanımağı planlaşdırır

Lüksemburq sentyabrda Fələstini rəsmi olaraq tanımağı planlaşdırır.
Təhlil.az xəbər verir ki, ölkənin baş naziri Lyuk Friden və xarici işlər naziri Xavier Bettel parlament komissiyası qarşısında Lüksemburqun sentyabrda Fələstini dövlət kimi tanımağı planlaşdırdığını elan edib.
Qeyd olunur ki, ölkə yekun qərarı Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında verəcək.