Bu gün

Medvedev Qərbi müharibə ilə hədələyir

NATO və Aİ dövlətləri tərəfindən Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılması və Rusiyadan buraxılan pilotsuz təyyarələrin və raketlərin məhv edilməsi ideyası reallaşarsa, NATO Rusiyaya qarşı effektiv müharibəyə girmiş olacaq. Təhlil.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında məlumat verib.

“Kiyevin və digər axmaqların “Ukrayna üzərində uçuşa qadağan zona” yaratmaqla bağlı təxribatçı ideyasının həyata keçirilməsi və NATO ölkələrinin bizim PUA-ları vura bilməsi yalnız bir şey deməkdir – NATO ilə Rusiya arasında müharibə”, – o, yazıb.

Medvedev Rusiya pilotsuz təyyarələrinin NATO hava məkanına müdaxiləsinə cavab olaraq Ukrayna səmasını bağlamağa çağıran Polşanın xarici işlər naziri Radoslav Sikorskinin bazar günü bəyanatını belə şərh edib:

“Sikorskinin sözlərinə görə, Kiyev onların hava məkanında Rusiya PUA-larını vurmağı xahiş etsəydi, NATO və Aİ müttəfiqləri üçün faydalı olardı. Nazir qeyd edib ki, iki alyansa üzv ölkələr bunu birlikdə edə bilər”.

Medvedev həmçinin bildirib ki, Rusiya Aİ-də dondurulmuş Rusiyanın aktivlərinə həbs qoyulmasını müdafiə edən avropalı siyasətçiləri axıra qədər və bütün mümkün vasitələrlə təqib edəcək. Üstəlik, Təhlükəsizlik Şurası rəhbərinin müavini həmin siyasətçiləri təqiblərlə, o cümlədən, məhkəmədənkənar təqiblə hədələyib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?