Bu gün

Ekspert: "Ermənistanda hərbi çevriliş ehtimalı artır" - AÇIQLAMA

Ermənistanda hakimiyyətin baş nazirdən alınıb güc strukturlarının əlinə keçməsi ehtimalı mövcuddur.

Bu barədə təhlil.az saytına açıqlamasında makroiqtisadçı, idarəetmə nəzəriyyəsi üzrə mütəxəssis Kamil Əsgərxanov deyib.

Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son bəyanatları daha çox daxili auditoriyaya hesablanıb: “Görünür Ermənistan daxilindəki hərbi klanlar baş nazirə müəyyən iradlar bildiriblər. Hazırda güc strukturları ilə hökumət arasında ciddi mübarizə gedir. Dövlət büdcəsində ordunun maliyyələşdirilməsinin azaldılması nəzərdə tutulur. Ordunun buna reaksiyasının necə olacağı hələ məlum deyil”.

Mütəxəssis hesab edir ki, hərbçilər hətta Paşinyana qarşı üsyan qaldıra bilərlər: “Paşinyan qorxur ki, güc strukturları hakimiyyəti ələ ala bilər. Bu ssenariyə qarşı dura biləcəkmi, zaman göstərəcək. Əgər siloviklər xarici qüvvələrin dəstəyini tapsalar, çevriliş ehtimalı kifayət qədər realdır. Burada xüsusən Gümrüdə yerləşən Rusiya hərbi bazasının rolunu istisna etmək olmaz”.

K.Əsgərxanov qeyd edib ki, məsələ daha çox siyasi məqsədlərdən yox, maliyyə maraqlarından qaynaqlanır: “Ordunun maliyyələşdirilməsinin azaldılması hərbi klanları narazı salıb. Əgər Paşinyan onları sıradan çıxarıb ‘toy generallarına’ çevirə bilsə, qalib gələcək. O halda baş nazir postunda qalmağa davam edəcək”.

O bildirib ki, vəziyyətdə geosiyasi maraqlar da mühüm rol oynayır:
“Zəngəzur dəhlizində ABŞ öz iqtisadi iştirakını nümayiş etdirib, Ermənistanda isə güc təminatı hələ də Rusiyanın əlindədir. Hesab edirəm ki, bu məsələ Tramp və Putin arasında Alyaskadakı görüşdə də müzakirə olunub. Digər xarici qüvvələrin ciddi şəkildə prosesdə iştirak etdiyini müşahidə etmirəm”.

Ekspert, həmçinin Ermənistanın Rusiya ilə ticarət dövriyyəsinin kəskin azalmasına diqqət çəkib:
“Ölkədə maliyyə imkanları ciddi şəkildə azalıb. Paşinyan üçün ən asan yol büdcə kəsirini ordunun hesabına azaltmaqdır. Halbuki silahlı qüvvələrin saxlanmasına böyük vəsait xərclənir”.

Rasim Babayev  

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?