Bu gün
Finlandiya prezidenti Kremlin baş tutmayan planları haqqında danışıb

Finlandiya prezidenti Aleksandr Stub Rusiya-Ukrayna müharibəsi haqqında fikir səsləndirib. Təhlil.az-ın məlumatına görə, o qeyd edib ki, rəsmi Moskvanın planları suya düşüb.
"Rusiya 4 günə Ukraynanı ələ keçirməyi planlaşdırırdı - Demək olar ki, artıq 4 ilə yaxındır… Qərbi parçalamaq istəyirdi - İndi Avropa ölkələri həmişəkindən daha sıx birləşib. NATO xərclərini azaltmaq istəyirdi - Tramp bunu 5%-ə qədər artırıb", - deyə Stub qeyd edib.
Bundan əlavə, o xatırladıb ki, 1944-cü ildə Finlandiyanın müstəqilliyi qorunub saxlanılıb, lakin müttəfiqlərini seçmək üçün ərazisinin 10%-ni və suverenliyini itirib. “Mən bunun Ukrayna üçün dəbaş verməsini heç vaxt istəməzdim”, - Stub əlavə edib.
Bu gün
Bu gün
Bu gün