Bu gün

Çin NATO ölkələrinə sərt xəbərdarlıq edib

Pekin bəyan edib ki, əgər ABŞ-ın təzyiqi altında NATO ölkələri Rusiyadan neft alışına görə Çinə tariflər tətbiq etməyə cəhd etsələr, cavab tədbirləri qaçılmaz olacaq.

Təhlil.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian açıqlama verib.

“Çin ilə dünya ölkələri, o cümlədən Rusiya arasında normal ticarət, iqtisadi və enerji əməkdaşlığı qanunidir və burada heç bir qanunsuzluq yoxdur. Əgər Çinin qanuni hüquq və maraqları pozularsa, biz qətiyyətlə əks tədbirlər görəcəyik.

Çin öz suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə qoruyacaq”, – deyə, Lin Cian vurğulayıb.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?