Bu gün

Paşinyan: “Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımışam”

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 15-də keçirilən “Hərtərəfli Təhlükəsizlik və Qarşıdurma – 2025” beynəlxalq konfransında çıxış edərək diqqətçəkən açıqlama verib.

“Mən Ermənistanın ərazi bütövlüyünü tanımaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanıdım. Başqa yol yox idi”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyinin legitimliyi avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişi ilə daha da möhkəmlənib:
“Bu sənəd kifayət qədər qiymətləndirilmir. Mənə elə gəlir ki, bu, Ermənistan və Azərbaycan arasında hər iki ölkə tərəfindən ratifikasiya edilmiş və hüquqi qüvvəyə malik ilk ikitərəfli beynəlxalq sənəddir”.

Baş nazir həmçinin vurğulayıb ki, hökumətin xarici siyasətdə atdığı bütün addımlar təhlükəsizliyin legitimliyi strategiyası çərçivəsində müəyyən olunur.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?