Bu gün

ABŞ, Koreya və Yaponiya “Freedom Edge” hərbi təlimlərinə start verib

Koreya Respublikası, ABŞ və Yaponiya silahlı qüvvələri 15–19 sentyabr tarixlərində Cənubi Koreyanın Ceju adasının cənub-şərqində beynəlxalq sularda üçtərəfli “Freedom Edge” hərbi təlimlərinə başlayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

“Freedom Edge”in əsas xüsusiyyəti ondan ibarətdir ki, təlimlər ordunun bir neçə məkanda — dənizdə, havada və kiberməkanda — bacarıqlarının tətbiqini nəzərdə tutur. Əməliyyat çərçivəsində:

raket və hava hücumundan müdafiə ssenariləri, dənizdə tibbi təxliyə və müdaxilə üzrə məşqlər keçiriləcək.

Cənubi Koreya Birləşmiş Qərargah Rəisləri bildirib ki, təlimlərin məqsədi Şimali Koreyadan gələn “nüvə və raket təhlükəsinə cavab” vermək və bölgədə sülh və sabitliyə töhfə verməkdir.

Üç ölkənin silahlı qüvvələri manevrləri həm də əməliyyatlarda ahəngdarlığı artırmaq və “sülhün kollektiv şəkildə qorunmasına sadiqliklərini nümayiş etdirmək” üçün istifadə edəcək.

“Freedom Edge Exercise” öz növünün üçüncü təlimidir. Bu ad altında əvvəlki manevrlər 2024-cü ilin iyun və noyabr aylarında keçirilmişdi.

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?