Bu gün

“Sinxua”: Qərbi Çində 2200 ildən çox yaşı olan qayaüstü kitabə tapılıb

Çin arxeoloqları qərbdəki Qinxai əyalətində 2200 əvvəl, Qin sülaləsi dövründə (e.ə.221-207) yazılmış qayaüstü abidə aşkar ediblər. Təhlil.az “Sinxua” xəbər agentliyinin məlumatına istinadla xəbər verir ki, bu, o dövrə aid olan yeganə məlum yazıdır ki, orijinal yerində qorunub saxlanılır. Üzərində heroqliflər həkk olunmuş qaya Qinxai əyalətinin Qoloq Tibet Muxtar Prefekturasındakı Qyarinq Tso gölünün şimal sahilində yerləşir. Bu ərazi dəniz səviyyəsindən 4200 metrdən çox yüksəklikdədir.

Yazı kifayət qədər yaxşı qorunub saxlanılıb, mətnin çox hissəsini, o cümlədən yazılma tarixini oxumaq asandır. Agentliyin qeyd etdiyinə görə, arxeoloji tapıntı tarixi qeydlərdəki boşluğu doldurur və əhəmiyyətli tarixi, bədii və elmi dəyərə malikdir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?