Bu gün
Şimali Koreya: “Ölkənin nüvə statusu geri dönməzdir”

KXDR-in BMT-dəki Daimi Nümayəndəliyi Şimali Koreyanın nüvə dövləti mövqeyinin dönməz olduğunu bildirib. Təhlil.az bu barədə “Reuters”in məlumatına istinadla xəbər verir. KXDR-in dövlətin ali və əsas qanununda əbədi olaraq təsbit olunmuş nüvə silahına malik dövlət statusu dönməz xarakter alıb”, - nümayəndəlik bildirib. “Reuters” əlavə edib ki, Şimali Koreya beləliklə, nüvəsizləşdirmə ilə bağlı ABŞ-nin “anaxronist” bəyanatlarını pisləyib.
Xatırladaq ki, iyul ayında KXDR rəhbəri Kim Çen İnin bacısı Kim Yo Conq bildirmişdi ki, ABŞ yeni reallığı tanımalıdır. Onun sözlərinə görə, Şimali Koreyanın yekun nüvə proqramı gələcək danışıqların mövzusu olmayacaq.
Bu gün