Bu gün

Tramp Avropanı tənqid etdi: “Sanksiyalar kifayət qədər sərt deyil”

ABŞ prezidenti Donald Tramp Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tənqid edib.

Təhlil.az xəbər verir ki, Trampın sözlərinə görə, NATO birləşməli, Avropa isə həmrəy şəkildə hərəkət etməlidir:

“Onlar öz vəzifələrini yerinə yetirmirlər. Avropa ölkələri bizim dostlarımızdır, amma hələ də Rusiyadan neft alırlar. Biz bütün gücümüzlə hərəkət etsək, tək qalmayacağıq”.

ABŞ Prezidenti qeyd edib ki, Avropa ölkələrinin mövcud sanksiyaları kifayət qədər sərt deyil:

“Əgər Avropa Rusiya nefti alırsa, mən bunun tərəfdarı deyiləm. Mən sanksiya tətbiq etməyə hazıram, amma onlar da öz addımlarını sərtləşdirməli və mənim atdığım addımlarla uyğunlaşmalıdırlar”.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?