Bu gün

"Google" müəllif hüquqlarını pozmaqda ittiham olunur

ABŞ-də ilk dəfə böyük media şirkəti "Google"u məhkəməyə verib. "CNN"in məlumatına görə, "Penske Media" (Rolling Stone, Billboard, Variety kimi məşhur nəşrlərin sahibi) Vaşinqtondakı federal məhkəmədə iddia qaldırıb.

Şirkət bildirir ki, "Google"un süni intellektlə işləyən "AI Overviews" funksiyası onların məqalələrindən icazəsiz istifadə edir. Bu isə saytların oxucu sayının azalmasına, nəticədə reklam və abunə gəlirlərinin ciddi düşməsinə səbəb olub.

Məlumata görə, artıq "Google" sorğularının 20%-də "Penske" saytlarına aid nəticələr "AI Overviews" vasitəsilə təqdim olunur və bu göstərici sürətlə artır. Şirkət hesab edir ki, bu hal "Google"un 90%-lik bazar üstünlüyündən sui-istifadə etməsi deməkdir.

Nəticədə "Penske Media"nın gəlirləri 2024-cü ilin pik göstəriciləri ilə müqayisədə üçdə birindən çox azalıb.

"Google" isə ittihamları rədd edir və bildirir ki, yeni funksiya əksinə, istifadəçilərə fayda gətirir, məzmunun kəşfini asanlaşdırır və nəşrlərə əlavə imkanlar yaradır. Şirkət məhkəmədə öz mövqeyini müdafiə edəcəyini açıqlayıb.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?