Bu gün

ABŞ 10 ölkəyə məxsus şirkətlərə qarşı sanksiyalar tətbiq edəcək

ABŞ Ticarət Nazirliyi sentyabrın 16-dan etibarən Rusiya,Türkiyə, Hindistan, İran, Pakistan, Çin, Belarus, Sinqapur, Tayvan və Birləşmiş Ərəb Əmirlikləri şirkətlərinə sanksiya tətbiq edəcəyini bildirib. Təhlil.az xəbər verir ki, departamentin hesabatına görə, bu şirkətlərin fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyinin maraqlarına ziddir.

Məhdudiyyətlərə məruz qalan şirkətlərin Rusiyanın hərbi-sənaye sektoru üçün mal tədarük etdiyi və müvafiq icazə olmadan ABŞ-yə təchizat göndərdiyi vurğulanır.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?