Dünyanın ən xoşbəxt şəhərləri hansılardır? - SİYAHI

Dünyanın ən xoşbəxt şəhərləri ilə bağlı siyahılar müxtəlif təşkilatlar və tədqiqat institutları tərəfindən hazırlanır və bu siyahılar adətən həyat keyfiyyəti, təhlükəsizlik, ətraf mühitin təmizliyi, mobillik və digər göstəricilərə əsaslanır.
Təhlil.az xəbər verir ki, London Həyat Keyfiyyəti İnstitutu tərəfindən tərtib olunmuş yeni reytinqə əsasən, Kopenhagen dünyanın ən xoşbəxt şəhəri elan edilib.
İlk beşlikdə Sürix (İsveçrə), Sinqapur, Orxus (Daniya) və Antverpen (Belçika), ilk onluqda Seul (Cənubi Koreya), Stokholm (İsveç), Taypey (Çin), Münhen (Almaniya) və Rotterdam (Hollandiya) qərarlaşıb.
“Happy City Index 2024”ə görə isə Danimarkanın ikinci ən böyük şəhəri sayılan Orhus dünyanın ən xoşbəxt şəhəri hesab olunur.
İsveçrənin Sürix şəhəri həm “Happy City Index”də, həm də “Mercer”in 2024-cü il həyat kefiyyəti reytinqində yüksək yerlərdə qərarlaşıb.
Kopenhagen də “Happy City Index”də yüksək yerlərdədir və şəhər mədəniyyət, ətraf mühit və sosial xidmətlər sahəsindəki üstünlükləri ilə seçilir.
Bu siyahıya Helsinki, Amsterdam da daxildir.