Bu gün

Azərbaycanda ödənişli xidmətlərin dəyəri 9% artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard 287,8 milyon manat olub.

Təhlil.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin açıqladığı məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9% çoxdur.

8 ayda hüquqi şəxslər əhaliyə 6 milyard 975,8 milyon manatlıq xidmət göstərib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.

Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 907,3 manatlıq və yaxud ötən ilin 8 ayına nisbətən nominal ifadədə 125,7 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?