Bu gün

Türkiyə və Ermənistan sərhədlərin açılmasını müzakirə etməyə hazırlaşır

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç erməni həmkarı Ruben Rubinyanla yaxınlaşma prosesi ilə bağlı bir sıra məsələlər üzərində işləyir. 

Təhlil.az xəbər verir ki, bu barədə Serdar Kılıç özü məlumat verib. 

O qeyd edib ki, artıq görülən işlər təhlil edilərək əldə olunanlar təsdiqlənəcək:

"Hər iki ölkənin, xüsusən də regionun iqtisadi həyatının inkişafı üçün gələcəkdə nələrin edilə biləcəyini də müzakirə edəcəyik”, – deyə, Kılıç vurğulayıb. 

Onun sözlərinə görə, İrəvan sərhədlərin açılmasına hazır olduğunu bəyan edib:

“Bugün dedilər ki, biz sərhədi açmağa hazırıq. Təbii ki, hamının xeyrinə olanı dəstəkləyirlər. Fərdi layihələri həyata keçirməzdən əvvəl texniki işlər görülməlidir, amma niyyət baxımından heç bir fikir ayrılığımız yoxdur”.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?