Bu gün
NATO-dan Rusiyanın PUA təxribatına cavab

Rus PUA-larının Polşanın hava məkanına daxil olmasından sonra NATO şərq cinahında müdafiəni gücləndirmək üçün hərbi tədbirlər hazırlayır.
Təhlil.az xəbər verir ki, ilk siyasi reaksiya artıq verilib.
Belə ki, baş katib Mark Rutte və müttəfiq liderlər Rusiyanın “ehtiyatsız davranışını” pisləyiblər. Hərbi cavab tədbirlərini NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Aleksus Qrinkeviç əlaqələndirəcək.
Hazırda NATO komandirləri vəziyyəti dəyərləndirir və ehtiyac olarsa, hansı təchizatların lazım olacağını müəyyənləşdirirlər.
Bu gün
Bu gün