Bu gün
Rusiya: Azərbaycan və Ermənistan üçün MDB-yə üzvlükdə “təhlükə” söhbəti absurddur

Rusiya Xarici İşlər Nazirliyinin müavini Aleksandr Pankin bildirib ki, Azərbaycan və Ermənistanın MDB üzvlüyünə hər hansı təhdid yoxdur. Təhlil.az xəbər verir ki,onun sözlərinə görə, üzvlük tamamilə könüllüdür və iki ölkə arasında münasibətlərin normallaşması bu çərçivədə pozitiv amil olacaq.
“İki ölkə müxtəlif səviyyələrdə qəbul olunan birgə bəyanat və sənədlərə kifayət qədər tez-tez qoşulur. ‘Təhlükə’ sözünün haradan çıxdığını bilmirəm. Bu, dövlətlərin sərbəst birləşməsidir”, – Pankin vurğulayıb.
Bu gün