Bu gün

Paşinyan Kanadada 17 milyon dollarlıq malikanə alıb

Foto: thestar.com

Ermənistanın Baş naziri Nikol Paşinyanın heç vaxt rəsmi səfərə getmədiyi Kanadada özünə dəbdəbəli malikanə aldığı bildirilir. Təhlil.az xəbər verir ki, bu barədə Times of Canada məlumat yayıb.

Nəşrin araşdırmasına görə, Paşinyan Toronto yaxınlığında yerləşən, 17,1 milyon dollara satışa çıxarılmış “Sent-Corc” malikanəsini gizli şəkildə əldə edib. Alqı-satqıda vasitəçi kimi kanadalı erməni aktrisa və hüquq müdafiəçisi Arsine Xandjyan iştirak edib.

Fransız qəsri üslubunda tikilmiş və sahəsi 2600 m² olan villada 6 yataq otağı, 10 hamam, qapalı hovuz, idman zalı və 5 qaraj var. Malikanə bir vaxtlar “The Boys” serialının çəkiliş meydançası olub.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?