Bu gün
ABŞ Livan ordusuna “Hizbullah”ı tərksilah etmək üçün 14,2 milyon dollar ayırıb

Pentaqonun vəsaiti Livan ordusunun silahlı qrupların anbar və infrastrukturunu məhv etmək imkanlarını gücləndirməyə yönəldiləcək. Təhlil.az xəbər verir ki, buraya İran tərəfindən dəstəklənən “Hizbullah” da daxildir.
Layihə Livan prezidenti Cozef Aunun təşəbbüsü ilə başlayıb və ABŞ tərəfindən dəstəklənir. İlk mərhələdə fələstinli fraksiyalar qismən silahsızlaşdırılıb. Növbəti addım “Hizbullah”ı silahı təhvil verməyə məcbur etməkdir, lakin təşkilat buna qarşı çıxır.
ABŞ 2006-cı ildən bəri Livana ordunu gücləndirmək üçün 3 milyard dollardan çox vəsait ayırıb.
Bu gün