Bu gün
Misir Qreta Tunberqi Qəzzaya buraxmayacaq

Foto: thetimesofisrael.com
Misir Tunisdən gələn gəmilərin Misirin ərazi sularına mümkün daxil olmasına etiraz edir. Təhlil.az xəbər verir ki, bu barədə Livanın “Əl-Əxbar” qəzetinin məlumatında bildirilib.
Donanmanın təşkilatçılarının prezident administrasiyasına, baş nazirə, nazirliklərə və liman rəhbərlərinə müraciətlərinə baxmayaraq, Misirin rəsmi mövqeyi mümkün toqquşmanın qarşısını almaq istiqamətindədir. Bundan əlavə, nəşrin Misir mənbələrinə görə, Qahirə Misir vətəndaşlarının donanmada iştirakından ehtiyat edir. Çünki onların İsrail tərəfindən həbs olunması və sonradan məcburi qovulması ehtimalları var və qeyd olunanlar ən yüksək siyasi səviyyədə müdaxilə tələb edə bilər. Misir isə bundan qaçmaq istəyir.
Bu gün