Bu gün

Polşa NATO-dan əlavə Patriot sistemləri tələb edir

Polşa hakimiyyəti Rusiyanın pilotsuz təyyarələrinin ölkənin hava məkanına daxil olmasından sonra NATO müttəfiqlərindən əlavə hava hücumundan müdafiə sistemləri və əks-dron texnologiyası istəyib. 

Təhlil.az xəbər verir ki, məsələ, Şimali Atlantika Alyansı Xartiyasının dördüncü maddəsi çərçivəsində Varşavanın təşəbbüsü ilə aparılan məsləhətləşmələr zamanı müzakirə olunub.

Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış danışıqlardan sonra bildirib ki, Çexiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Finlandiya və Baltikyanı ölkələr daxil olmaqla bütün müttəfiqlər dəstək verməyə hazır olduqlarını bəyan ediblər.

Nazir əlavə edib ki, o, isveçli həmkarı Pol Consondan “Polşaya təcili əlavə dəstək, o cümlədən hava hücumundan müdafiə sistemləri və aviasiya göndərilməsi” barədə məlumat alıb. Onun sözlərinə görə, Hollandiya Polşaya Patriot sistemləri, dron əleyhinə silahlar və 300 hərbçi verəcək.

Böyük Britaniyanın müdafiə naziri Con Healey isə hökumətinin Polşaya necə kömək edə biləcəyini qiymətləndirdiyini qeyd edib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?