Balidə daşqınlar ən azı 6 nəfərin həyatına son qoyub

İndoneziyanın Bali kurort adasındakı daşqınlar bu həftə ən azı 6 nəfərin həyatına son qoyub və paytaxtda əsas yolları bağlayaraq, canlanmış turizm istiqamətinə ziyan vurub. Təhlil.az bu barədə “Reuters”in məlumatına istinadla xəbər verir.
Adanın Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Nyoman Sidakarya bildirib ki, çərşənbə axşamı gecəsindən çərşənbə günü səhərə qədər yağan güclü yağışlar Balinin paytaxtı Denpasarda iki binanı uçurub, 4 nəfər həyatını itirib.
İndoneziyanın Təbii Fəlakətlərin Nəticələrinin Azaldılması Agentliyi çərşənbə günü bildirib ki, Jembrana bölgəsində daha iki nəfər həlak olub, 85 nəfər təxliyə edilib. Agentliyin rəhbəri Suharyanto jurnalistlərə deyib ki, çərşənbə günü Balidə daşqınlar davam edib.
Nyoman bildirib ki, adanın Denpasar yaxınlığındakı beynəlxalq hava limanına giriş məhdudlaşdırılıb, çünki yollarda yalnız yük maşınları hərəkət edə bilir. O, hadisə yerinə 200-ə yaxın xilasedicinin göndərildiyini qeyd edib.
İndoneziyanın şərqindəki Nusa Tengqara bölgəsində də güclü yağışlar daşqınlara səbəb olub və nəticədə 4 nəfər həlak olub.