Bu gün

Rusiya sabahdan miqrantları deportasiya etməyə başlayacaq

Rusiya sentyabrın 11-dən etibarən ölkədə hüquqi əsaslarını itirmiş miqrantları deportasiya edəcək.

Təhlil.az xəbər verir ki,  Rusiya Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 10-da Rusiya Federasiyası Prezidentinin fərmanının müddəti başa çatır. Həmin fərman əcnəbi vətəndaşlara ölkədə qalmaq üçün hüquqi statuslarını tənzimləmək imkanı verirdi.

Nazirlikdən bildirilib ki, sentyabrın 11-dən hüquqi əsası olmayan əcnəbilər ölkədən çıxarılacaq və onlara qarşı qanunla nəzərdə tutulan tədbirlər – fərdi hüquqların məhdudlaşdırılması, eləcə də gələcəkdə Rusiyaya giriş qadağası tətbiq olunacaq.

Beləliklə, miqrantların hüquqi statusunu sərbəst şəkildə tənzimləmək imkanı yalnız sentyabrın 10-na qədər qüvvədə qalacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?