Bu gün

“Rusiyanın hərbi maşını çökdürülməlidir” – ABŞ Konqresindən çağırış

ABŞ Konqresinin üzvü Co Uilson Polşa hava məkanının Rusiya dronları tərəfindən pozulmasından sonra prezident Donald Trampa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi təklif edib.

Təhlil.az xəbər verir ki, konqresmen bəyan edib:  “Rusiya NATO müttəfiqi olan Polşaya İran istehsalı “Şahed” dronları ilə hücum edir. Bu, prezident Trampın Ağ Evdə Polşa prezidenti Navrotski ilə görüşündən cəmi bir həftə keçməmiş baş verir. Bu, müharibə aktıdır”.

O, NATO müttəfiqlərinə çevik reaksiyaya görə təşəkkür edib və Vladimir Putinin addımlarını “heç nəyə söykənməyən təcavüz və müharibə cinayətkarının hərəkəti” adlandırıb. Uilsonun sözlərinə görə, cavab yalnız elə sanksiyalar ola bilər ki, “Rusiya hərbi maşınını çökdürsün və Ukraynanı Rusiyaya zərbələr endirə biləcək silahlarla təmin etsin”.

Konqresmen əlavə edib ki, Putin artıq yalnız Ukraynadakı uğursuzluqlarla kifayətlənmir: “O, NATO ərazisində bizim qətiyyətimizi sınağa çəkir. Putin deyir ki, Rusiya sərhəd tanımır. Azad və inkişaf etmiş ölkələr isə Rusiyaya sərhədlərin nə demək olduğunu göstərəcək”.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?