Bu gün

"Reuters": Kreml "qəhrəmanlarının” qayıdışından qorxur

Kreml yüz minlərlə hərbçinin, o cümlədən əfv olunmuş məhkumların cəbhədən geri qayıtmasını potensial təhlükə sayır. Təhlil.az xəbər verir ki, "Reuters"ə görə, Putinin əsas qorxusu 1990-cı illərin təkrar olunmasıdır. Həmin dövrdə Əfqanıstan veteranları ölkədə cinayət dalğasına səbəb olmuşdu.

Rusiya mediasına görə, təkcə ötən il Ukrayna müharibəsi veteranları ən azı 242 nəfəri öldürüb, 227 nəfəri isə ağır yaralayıb. Müharibə iştirakçılarına nəzarəti əldən verməmək üçün Kreml onlara parlamentdə vəzifələr, dövlət idarələrində postlar verir və gənclər hərəkatlarının rəhbərliyinə gətirir. Analitiklər isə xəbərdarlıq edirlər: indiki müharibənin miqyası və veteranların sayı qat-qat böyükdür, nəticələr daha ağır ola bilər.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?