Bu gün

Bakı metrosunda üztanıma sistemi sınaqdan keçirilə bilər - YENİLİK

Bakı Metropolitenində gedişhaqqı ödənişlərinin üztanıma texnologiyası ilə həyata keçirilməsi müzakirə olunur.

Təhlil.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə məlumat verib.

Onun sözlərinə görə, artıq “Azərbaycan Dəmir Yolları” QSC ilə üztanıma texnologiyası əsasında ödəniş sisteminin inteqrasiyasına start verilib. Paralel olaraq Bakı metrosunda da oxşar sistemin tətbiqi imkanları araşdırılır.

“Belə bir sistemin yerüstü nəqliyyatda – avtobuslarda tətbiqi müəyyən texniki çətinliklərlə bağlıdır. Buraya hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti kimi amillər daxildir. Bu səbəbdən ilkin sınaqlar aparılmalı, yalnız bundan sonra yekun qərar qəbul edilməlidir”, – deyə F.Fərəcullayev bildirib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?