Bu gün
Kuba: ABŞ-nin Karib dənizindəki əməliyyatı regional təhlükəsizliyə ciddi təhlükə yaradır

ABŞ-nin Karib dənizindəki hərbi əməliyyatı regional təhlükəsizliyə ciddi təhdiddir. Təhlil.az xəbər verir ki, bunu Kuba prezidenti Migel Dias-Kanel deyib.
“Latın Amerikası və Karib hövzəsi nüvə silahından azad zona və sülh zonasıdır”, - deyə prezident X sosial şəbəkəsində yazıb.
“CELAC (bölgədə nüfuzlu inteqrasiya birliyi olan Latın Amerikası və Karib Hövzəsi Dövlətlərinin İcması) ABŞ-nin Karib hövzəsində qeyri-mütənasib hərbi əməliyyatının regional təhlükəsizliyə yaratdığı ciddi təhlükə qarşısında bu nailiyyətləri müdafiə etməyə borcludur”,
- deyə Kuba lideri əlavə edib.
Bu gün