Bu gün

Fransada Bayrunun istefası gözlənilir, Makrona təzyiq artır

Fransa baş naziri Fransua Bayrunun mümkün istefası ölkədə 1958-ci ildən bəri görünməmiş institusional böhran təəssüratı yaradır. Təhlil.az xəbər verir ki, bu barədə NYT nəşri yazır. Bildirilib ki, təxminən 9 ay hakimiyyətdə qalan Bayru özü bazar ertəsinə etimad səsverməsi təyin edib. Qəzet bunu “intihar addımı” adlandırır.

Marin Le Penin rəhbərlik etdiyi sağçılar, eləcə də sol və radikal sol partiyalar Bayruya qarşı çıxacaqlarını açıqlayıb – bu isə onun istefası üçün kifayətdir. Səsvermə sərt qənaət tədbirləri nəzərdə tutan büdcə layihəsi ilə bağlıdır. Çərşənbə günü bu təşəbbüsə qarşı kütləvi etiraz aksiyaları gözlənilir.

Bu arada, avqustda Makrona etimad səviyyəsi 6% azalaraq 15%-ə düşüb. Bayrunun istefası Fransa prezidentini yenidən parlament seçkiləri keçirməyə məcbur edə bilər. Sorğulara görə, həmin seçkilərdə “Milli Birlik” partiyası açıq üstünlüklə qalib gələcək.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?