Bu gün

Qazaxıstanın XİN başçısı: "Saxlanıldığım barədə xəbər yayılanda işdə idim"

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu saxlanılması barədə yayılan saxta xəbərləri şərh edib.

Təhlil.az xəbər verir ki, XİN başçısının sözlərinə görə, onun saxlanılması barədə saxta xəbərlərin yayıldığı müddətdə o, öz iş yerində olub.

"Bu yalandır, absurddur. Düşünürəm ki, şərh etməyə belə dəyməz, siz özünüz hər şeyi görürsünüz. Mənim yanıma kim gəlib? Kim məndən soruşub? Mən işdə oturmuşdum. İclaslarım var idi. Digər ölkələrdən olan həmkarlarımla telefon danışıqları apardığım sizə məlumdur. İnvestorlarla iş görüşləri olub", - deyə, o qeyd edib. 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?