Bu gün
İstanbulda kütləvi etirazlar alovlanıb

İstanbulda yenidən kütləvi etirazlar alovlanıb.
Təhlil.az xəbər verir ki, etirazlara səbəb məhkəmənin Xalq-Respublika Partiyasının (CHP) yerli şöbəsinin rəhbərliyini vəzifədən uzaqlaşdırmaq barədə qərarı olub. Partiyanın lideri, şəhərin sabiq meri Əkrəm İmamoğlu mart ayından həbsdədir və iyul ayında 1,8 il müddətinə koloniyaya məhkum edilib.
Partiyanın ofisi qarşısında polis ilə toqquşmalar baş verib, küçələrdə isə “qazan aksiyaları” keçirilib. Sakinlər etiraz əlaməti olaraq qab-qacaq döyüblər. Hakimiyyət bəzi rayonlarda mitinq və nümayişlərə üçgünlük qadağa qoyub, bütün ölkə üzrə isə sosial şəbəkələrin fəaliyyətində fasilələr qeydə alınıb.
Bu gün