Bu gün

Zelenski: “Tramp Putinə istədiyini verdi”

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və Rusiya liderlərinin Alyaskadakı görüşünü şərh edib. 

Təhlil.az xəbər verir ki, bu barədə "ABC News" telekanalına müsahibə verən Zelenski bildirib ki, sammit Rusiya Prezidenti Vladimir Putinə “istədiyini verdi” və bu, təəssüf doğurur.

“Çox istərdim ki, həmin görüşdə Ukrayna da iştirak etsin. Mən düşünürəm ki, Tramp Putinə onun istədiyini verdi. O sadəcə ABŞ Prezidenti ilə görüşmək, şəkillər və videolar nümayiş etdirmək istəyirdi. Və bunu da aldı. Təəssüf ki, belə oldu”, – deyə, o qeyd edib.

Ukrayna lideri Putinin onunla görüşməkdən yayınaraq, əksinə ABŞ prezidenti ilə görüşə can atdığını vurğulayıb.

Zelenskinin sözlərinə görə, Putin şərt irəli sürüb:

"Yalnız o halda görüşə hazırdır ki, Zelenski Moskvaya getsin. Amma mən Moskvaya gedə bilmərəm. Mənim ölkəm hər gün raket hücumlarına məruz qaldığı bir vaxtda bu mümkün deyil. Əgər istəyirsə, özü Kiyevə gələ bilər”.

Prezident əlavə edib ki, Ukrayna həm ikitərəfli, həm də üçtərəfli danışıqlara açıqdır, lakin bu görüşlər Rusiyada baş tuta bilməz. Onun sözlərinə görə, hələ də danışıqlar imkanı qalır, amma bunun üçün şərtlər dəyişməlidir.

Zelenski həmçinin ABŞ və Avropa tərəfdaşlarına çağırış edərək, Rusiyaya daha güclü təzyiq göstərməyin vacibliyini vurğulayıb:
“Hamımız anlayırıq ki, Putinə əlavə təzyiq lazımdır. Bizə ABŞ-dan, Avropadan daha çox təzyiq gərəkdir. Ancaq o halda müharibəni dayandırmaq mümkün olacaq”.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?