Dünən
Zelenskinin Putinin Moskva təklifinə CAVABI

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin Moskvada danışıqlar aparmaq təklifini rədd edib.
Təhlil.az xəbər verir ki, Zelenski "ABC News" müsahibəsində deyib:
“Əgər insan müharibə vaxtı görüşdən imtina edirsə, deməli, o, mənim və başqalarının qəbul edə bilməyəcəyi bir şərt irəli sürə bilər. Bu da elə çıxır ki, guya mən ondan Kiyevə gəlməyi tələb etmişəm”.
Onun sözlərinə görə, Putin bu təkliflə sadəcə vaxt uzatmaq istəyib.
Zelenski vurğulayıb ki, ölkəsi hər gün raket hücumlarına və hücumlara məruz qalarkən onun Moskvaya getməsi mümkün deyil və Putin də bunu yaxşı anlayır.