Dünən
Tramp Venesuelaya zərbə endirməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp Venesuela ərazisində narkokartellərə qarşı kütləvi hərbi əməliyyatların keçirilməsini ciddi şəkildə müzakirə edir.
Təhlil.az xəbər verir ki, bu addım prezident Nikolas Maduraya təzyiq göstərmək üçün daha geniş kampaniyanın tərkib hissəsi ola bilər.
Hələ yekun qərar verilməsə də, mənbələr gələcəkdə Venesuela ərazisinə zərbələrin istisna olunmadığını bildirirlər. Məqsədin Maduronun hakimiyyətdən getməsinə nail olmaq olduğu vurğulanır.
Qeyd edək ki, bir müddət əvvəl xarici media ABŞ-nin Puerto-Rikoya narko kartellərə qarşı əməliyyatlar üçün 10 ədəd F-35 qırıcı təyyarəsi göndərdiyini yazmışdı.