05 sentyabr
Hindistan: Rusiya neftini almağa davam edəcəyik

Hindistan Rusiya neftindən imtina etməyəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Hindistanın maliyyə naziri Nirmala Sitharaman bildirib.
“Biz ehtiyacımıza uyğun olaraq, nefti haradan alacağımıza özümüz qərar verəcəyik. Ən əlverişli variantı seçəcəyik”, – nazir “News18”ə deyib.
Onun sözlərinə görə, Hindistan üçün idxalda ən çox xərc tələb edən sahə neft alışıdır.