Bu gün
Ukrayna Prezident Aparatı: Cəbhə xəttində hərbi əməliyyatlar dondurula bilər

Cəbhə xəttində hərbi əməliyyatların dondurulması müharibəni bitirmək üçün ssenarilərdən biri kimi qiymətləndirilir.
Təhlil.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
“Real olaraq desək, bəli, mümkün ssenarilərdən biri cəbhə xəttində hərbi əməliyyatları dondurmaqdır. Zelenski də bu haqda danışır. Amma hesab edirəm ki, yekun ssenari ilə bağlı qərarı prezident verəcək”, - deyə Ukrayna rəsmisi bildirib.
Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenski və Avropa liderləri səviyyəsində məsləhətləşmələr hələ də davam edir.
Bu gün
Bu gün